Nəsimidə səhiyyə işçiləri ilə görüş – FOTO

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Səhiyyə işçiləri günü münasibətilə tədbir keçirilib. Tədbirdə Nəsimi rayon ərazisində yerləşən səhiyyə müəssisələrinin rəhbərləri və səhiyyə işçiləri iştirak ediblər.

Yenicag.az xəbər verir ki, əvvəlcə Azərbaycan səhiyyəsinin inkişafı ilə bağlı hazırlanmış sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirərək şərəfli işlərində uğurlar arzulayıb.

O bildirib ki, Ümummilli liderin 2001-ci ildə imzaladığı Sərəncamla Səhiyyə İşçiləri Gününün təsis edilməsi onun həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək dəyər verdiyini göstərir. İ

“İndi səhiyyəmizin hər ili, hər ayı irəliləyişlə, yeni-yeni uğurlarla yadda qalır. Asif Əsgərov vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə müasir tibb ocaqları tikilir, ehtiyacı olan səhiyyə müəssisələri bərpa olunaraq müasir avadanlıqlarla təmin edilir. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir.

Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır”.

Tədbirdə çıxış edən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoru Surxay Hadıyev, Bakı şəhər Baş Səhiyyə İradəsinin rəisi Nelli Veyisova və digərləri bildiriblər ki, Azərbayan səhiyyəsi müasir inkişaf etmiş dünya səhiyyəsi standartlarına uyğun kadrlarla, hər cür avadanlıqlarla, yüksək keyfiyyətə malik maddi- texniki baza ilə təmin olunub.

Daha sonra tədbir konsert proqramı ilə davam edib.

COP29