“Misli”nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatıb
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunlarıoperatoru “Azərlotereya”nın “Misli” brendinin dəstəyi, Consensus İntellektual Mərkəzin təşkilatçılığı ilə keçirilənPeşəkar İntellekt Liqasının 2025-ci il mövsümü uğurlayekunlaşıb.
Fevral ayında start götürən liqa 10 ay ərzində yüksək rəqabət vəintellektual mübarizə ilə yadda qalan turnirlərə ev sahibliyi edib. Mövsüm ərzində ümumilikdə 22 turnir keçirilib və 20-dən artıqmüəllifin hazırladığı suallar iştirakçılara təqdim olunub.
Maraqlı və gərgin keçən mövsümün yekununda Peşəkarİntellekt Liqasının qalibi “Interpretes United” komandası olub. “Old School” komandası ikinci, “Kranium” komandası üçüncüyerə layiq görülüb.
Peşəkar İntellekt Liqası çərçivəsində final oyununda “QışKuboku” üzrə də yarışlar təşkil olunub. Turnirdə birinci yerinqalibi “Boy’s Division” komandası olub. İkinci və üçüncüyerləri isə “V” və “CMYK” komandaları tutub.
Qalib və mükafatçılar kubok, medal, diplom və dəyərlihədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, Peşəkar İntellekt Liqası artıq üç ildir ki, “Misli”nin dəstəyilə həyata keçirilir. Layihənin əsas məqsədi ana dilli intellektual hərəkatın inkişafına dəstək vermək, gənclərin asudə vaxtını səmərəli təşkil etmək və gələcəkdə intellektual potensiallı kadrların yetişdirilməsinə töhfə verməkdən ibarətdir.
“Misli” gələcəkdə də ölkədə intellektual layihələrin inkişafınavə bu istiqamətdə yeni təşəbbüslərin reallaşmasına dəstəkgöstərməyə davam edəcək.












