Netanyahu İrana xəbərdarlıq etdi: "Fərqindəyik!"
İranın İsrailə qarşı hər hansı bir hərəkəti çox sərt cavabla qarşılanacaq.
Yenicag.az xəbər veirr ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Kipr Prezidenti Nikos Xristodulides ilə Qüdsdə keçirilən üçtərəfli görüşdən sonra birgə mətbuat konfransında deyib.
Netanyahu bildirib ki, İranın son vaxtlar hərbi təlimlər keçirdiyinin fərqindədirlər:
“Biz bunu yaxından izləyirik və lazımi qiymətləndirməni aparırıq. İrana aydın şəkildə bildirmək istəyirəm ki, İsrailə qarşı hər hansı bir hərəkət çox sərt cavabla qarşılanacaq”.
İsrailin Baş naziri qeyd edib ki, ölkəsi 2025-ci ilin iyun ayında İranla on iki günlük müharibə zamanı böyük uğurlar qazanıb:
“İrandan fundamental gözləntilərimiz dəyişməyib və onlar uranın zənginləşdirilməsi və bizə qarşı proksi müharibələrin dayandırılması ilə bağlıdır. Bilirəm ki, Amerikanın mövqeyi də dəyişməyib”.












