Netanyahu Vaşinqtonda İrana qarşı planı müzakirə edəcək

media-hightechnic-468x90

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-a nəzərdə tutulan səfəri zamanı Prezident Donald Trump ilə görüşərək İrana qarşı mümkün yeni hərbi ssenariləri müzakirə etməyi planlaşdırır.

Yenicag.az xəbər verir ki, NBC News-un anonim mənbələrə istinadən yaydığı məlumata əsasən, İsrail tərəfinin əsas narahatlığı İranın ballistik raket istehsalını sürətlə artırmasıdır. Proqnozlara görə, Tehranın illik istehsal gücü 3 min raketə çata bilər.

Bundan əlavə, İsrail İranın uranın zənginləşdirilməsi prosesini yenidən aktivləşdirdiyini bildirir və bu fəaliyyəti qlobal təhlükəsizlik üçün risk kimi qiymətləndirir. Bununla belə, rəsmi Təl-Əviv nüvə proqramının yaxın müddətdə tam gücü ilə bərpa olunacağını gözləmir.

Qeyd olunur ki, iyun ayında baş verən 12 günlük qarşıdurma zamanı tərəflər arasında qarşılıqlı raket və PUA hücumları qeydə alınıb, daha sonra isə ABŞ İranın bəzi yeraltı nüvə obyektlərinə zərbələr endirib. Bu müzakirələrin regionda yeni təhlükəsizlik balansına təsir göstərəcəyi istisna edilmir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa