NİİM-dən yük avtomobillərinin sürücülərinə MÜRACİƏT

media-hightechnic-468x90

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yük avtomobillərinin sürücülərinə müraciət edib.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ötən gün axşam saatlarında Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Yasamal rayonu, Tbilisi prospektində bir neçə nasaz yük avtomobilinin yollarda qalması metronun “20 Yanvar”, “Koroğlu” stansiyaları və mərkəz istiqamətlərində süni nəqliyyat sıxlığının yaranmasına səbəb olub. Yüklə dolu belə avtomobillərin yollardan kənarlaşdırılması vaxt aldığından digər nəqliyyat vasitələri dəqiqələrlə sıxlıqda qalmalı olurlar. Xüsusilə də bəzi yük avtomobillərinin sürücüləri belə vəziyyətdə təhlükəsizlik qaydalarına əməl etmədiyindən qəza riski yaranır.

“Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yük avtomobillərinin sürücülərinə müraciət edərək bildirir ki, yola çıxmazdan əvvəl avtomobilin texniki vəziyyəti yoxlanılmalıdır. Avtomobil yolun hərəkəti hissəsində texniki nasazlıq səbəbindən məcburi dayandıqda isə təhlükəsizlik təmin edilməli, qəza dayanma nişanı qoyulmalı və işıq siqnalı yandırılmalıdır”, – məlumatda qeyd edilib.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa