Nikahdankənar nə qədər uşaq doğulub? - STATİSTİKA

media-hightechnic-468x90

Azərbaycanda rəsmi qeydə alınmamış nikahdan doğulan uşaqların sayı açıqlanıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin hazırladığı “Azərbaycanda Uşaqlar” statistik məcmuəsində öz əksini tapıb.

Burada qeyd olunan məlumata görə, ötən il Azərbaycanda qeyri-rəsmi nikahdan 13228 uşaq dünyaya gəlib.

Onlardan 5158-i şəhər, 8070-i isə kənd yerlərində doğulub.

Statistikaya əsasən, 2023-cü illə müqayisədə rəsmi qeydə alınmamış nikahdan doğulan uşaqların sayı azalıb.

Belə ki, 2023-cü ildə qeyri-rəsmi nikahdan 15622 uşaq dünyaya göz açıb.

2024-cü ildə isə ölkəmizdə qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı 15,2 faiz olub.

2023-cü ildə isə bu rəqəm 16,5 faiz təşkil edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05