Nobel mükafatçısı dünyasını dəyişdi

media-hightechnic-468x90

77866d257ee69265806428fbd33e44e42011-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən İsveç şairi Tomas Tranströmer vəfat edib.

media-banner_tuq

Yenicag.az apa-ya istinadən xəbər verir ki, 83 yaşlı şair öz evində dünyasını dəyişib.

Şairin ədəbi agenti Anna Tillgren bildirib ki, T. Tranströmer bir müddət idi xəstəlikdən əziyyət çəkirdi. 1990-cı ildə keçirdiyi beyin insultundan sonra şair nitq və hərəkət qabiliyyətini qismən itirib.

2011-ci ildə İsveç Kral Akademiyası Nobel mükafatına T. Tranströmerin layiq görülməsini onu “reallığa yeni baxış olan qısa, şəffaf, mənalı obrazlar” yaratması ilə əsaslandırıb.

T. Tranströmerin əsərləri 50-dən çox dilə, o cümlədən, bir neçə şeiri Azərbaycan dilinə tərcümə edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05