Nüvə problemi həll olunur

media-hightechnic-468x90

47049İranın nüvə proqramı üzrə beynəlxalq vasitəçilər, eləcədə “altı”lıq gələcək razılığın formalaşması üçün iki-üç səhifədən ibarət çərçivə razılaşma imzalanacağına ümid bəsləyir.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, etibarlı mənbədən bildirilib ki, tərəflər yekun qərara çox yaxındır, tezliklə razılaşma imzalana və elan oluna bilər.

Digər mənbənin məlumatında isə deyilir ki, İran nüvə proqramı üzrə danışıqların iştirakçıları razılaşmanın əsas detallarını qızğın müzakirə edirlər, amma onun gələcəyi hələ müəyyən edilməyib və danışıqlar yenə də dayandırıla bilər.

Xatırladaq ki, İsveçrənin Lozanna şəhərində martın 26-da Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya və İran arasında danışıqların növbəti raundu başlayıb. Tərəflər martın sonuna kimi razılaşmanın siyasi hissəsinin hazırlanması üçün diplomatik səyləri gücləndirir. Yekun sənəd isə bu ilin iyununda imzalanmalıdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600