Odessa limanında Türkiyəyə məxsus yük gəmisi vuruldu

media-hightechnic-468x90

Qaradənizdəki gərginlik yenidən kritik həddə çatıb.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Ukraynanın Odessa limanına endirdiyi növbəti zərbə nəticəsində “Cenk Roro” adlı türk yük gəmisinə ziyan dəyib. Hadisə gəminin limanda mövcud olduğu və 127 tırın boşaldılması prosesi həyata keçirildiyi zaman baş verib. Zərbənin təsiri ilə gəminin pruva (ön) hissəsində yanğın yaranıb. Limanda fəaliyyət göstərən təcili xidmətlər — römorkörlər, yanğınsöndürmə briqadaları və gəmi heyəti dərhal hadisəyə müdaxilə edərək yanğının qarşısını alıb. Baş verən hadisə nəticəsində heç bir insan itkisi və ya xəsarət qeydə alınmayıb. Türkiyə Xarici İşlər Nazirliyi rəsmi açıqlamasında bütün heyət və tır sürücülərinin təhlükəsiz şəkildə təxliyə edildiyini təsdiqləyib. “Cenk Denizcilik” şirkətindən verilən məlumata görə, Karasu-Odessa xəttində meyvə-tərəvəz və qida məhsulları daşıyan gəmi yalnız maddi ziyanla üzləşib və hadisə beynəlxalq dənizçilik qaydalarına uyğun olaraq izlənilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa