Olland və Merkel qəza yerində-Foto

media-hightechnic-468x90

86809Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel Fransanın cənubunda “Airbus A320” sərnişin təyyarəsinin qəza yerinə gəlib.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bu haqda “Agence France-Presse” bildirib.

Helikopterlərlə hadisə yerinə gələn ölkə rəhbərləri xilas etmə işləri ilə yaxından maraqlanıb.

“Airbus A320” qəzasının yerində tapılmış “qara qutu” ekspertizanın keçirilməsi üçün Parisə aparılıb.

Qeyd edək ki, Almaniyanın Germanwings aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsi dünən günorta saatlarında Alp dağlarının ucqar hissəsində qəzaya uğrayıb. Qəza nəticəsində 150 nəfər ölüb. Təyyarənin göyərtəsində Almaniya, İspaniya və Türkiyə vətəndaşları olub.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa