!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Onlayn dərslər və şagirdlərin biliklərinin QİYMƏTLƏNDİRİLMƏSİ: “Nəzarət etmək mümkün deyil”

!Reklam – Yazi

“Distant tədris prosesinə uyğunlaşa bilməyən məktəb rəhbərləri onlayn dərslərin keyfiyyətinə nəzarət edə bilmirlər”.

Bunu distant tədris prosesində şagirdlərin nizam-intizamına və onların biliklərinin qiymətləndirilməsinə yönəlik nəzarət mexanizmlərinə münasibət bildirən təhsil eksperti Qoşqar Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Qoşqar Məhərrəmovun sözlərinə görə, əksər müəllim və məktəb direktorlarının informasiya-kommunikasiya texnologiyaları üzrə məlumatının az olması fonunda şagirdlərin nizam-intizamına nəzarət edilmir:

“Hazırda distant tədrisin monitorinqi çox az sayda məktəb direktorları tərəfindən aparılır. Bu isə o deməkdir ki, distant tədris prosesi əksər direktorların nəzarəti altında deyil.

Əslində, məktəb direktorlarının hər birinə dərslərə daxil olmaq imkanı verilib və onlar istədikləri müəllimin distant dərs prosesinə qoşula bilərlər. Lakin bu nəzarət mexanizmi informasiya-kommunikasiya texnologiyaları üzrə müəyyən savad tələb etdiyinə görə əksər müəllim və direktorlar bunu bacarmırlar.

Ona görə də müəllimlərin əksəriyyəti distant tədrisi normal səviyyədə apara bilmir və bununla yanaşı, bəzi direktorlar da nəzarət mexanizmini tətbiq edə bilmirlər. Hazırda ölkəmizdə onlayn tədrislə bağlı müəllimlərə təklif olunan infrastruktur çox geniş imkanlara malik olsa da, müəllimlər tam mənada bu imkanları dəyərləndirməkdə çətinlik çəkirlər. Nəticədə distant tədris nəzarətsiz qalır”.

Qoşqar Məhərrəmov vurğulayıb ki, distant tədris zamanı şagirdlərin biliklərinin qiymətləndirilməsində əlavə çətinliklər yaranır:

“Yuxarı sinif şagirdləri arasında interneti yaxşı bilənlər köçürməyə meyllidir və onlar onlayn imtahan zamanı “whatsapp” qruplarında xəbərləşərək, bir-birilərinə cavabları şəkil formasında göndərirlər.

Buna görə də orta və ali tədrisdə də qiymətləndirmənin keyfiyyəti sual altındadır. Çünki köçürmə halları həddindən artıq çoxdur və buna nəzarət etmək mümkün olmur. Qiymətlərin şişirdilməsi isə reallıqla əlaqələndirmədə problem yaradır.

Bu məsələyə nəzarət edilməsi çox vacib olsa da, konkret addımlar hələ ki arzuolunan nəticəni vermir. Nəzarət üçün şagirdi kənardan çəkən iki kamera yerləşdirilə bilər. Bir kamerada şagird ekranı bölüşəcək, digər kamerada isə şagirdin özünü izləmək mümkün olacaq.

Dünyanın bir çox ölkələrində imtahan tapşırığı şagird və ya tələbəyə yollandıqdan sonra bir saat ərzində cavabın istənilməsi praktikası var. Lakin bu üsulda da köçürmə hallarına rast gəlinir”.

Gülşən Şərif

www.yenicag.az

2506
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv