Orban Avropanın müharibəyə sürükləndiyi ilə bağlı xəbərdarlıq etdi

media-hightechnic-468x90

Macarıstanın Baş naziri Viktor Orban 2026-cı ildə Avropada müharibənin başlaya biləcəyini və Avropa İttifaqı liderlərinin bütün qitəni buna sürüklədiyini istisna etmir.

Yenicag.az xəbər verir ki, Orban “Magyar Nemzet” qəzetinə verdiyi müsahibədə vurğulayıb ki, İkinci Dünya müharibəsi bitdikdən sonra Avropa 80 il sülh içində yaşayıb, lakin indi vəziyyət dəyişib.

2025-ci ilin Avropada sonuncu sülh ili olub-olmayacağı ilə bağlı suala cavab verən Orban: “Bəli, bunu istisna etmək olmaz”, – deyə bildirib.

“Biz müharibəyə getdikcə daha çox yaxınlaşırıq”, – deyən baş nazir xatırladıb ki, 18-19 dekabr tarixlərində Brüsseldə keçirilən Aİ sammitində Ukraynadakı münaqişənin eskalasiyasına və Rusiya ilə gələcək qarşıdurmaya yönəlmiş təkliflər səsləndirilib və qərarlar qəbul edilib.

Onun sözlərinə görə, sülh tərəfdarı olan siyasətçilər yalnız “müharibəyə doğru sürüklənmə sürətini azaltmağa” nail ola biliblər.

“Bu gün Avropada yenidən iki düşərgə mövcuddur: müharibə partiyası və sülh partiyası. Hazırda müharibə tərəfdarı olan qüvvələr üstünlük təşkil edir. Brüssel müharibə istəyir, Macarıstan isə sülh”, – deyə Orban qeyd edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa