“Orijinal” adı ilə sırınan saxta AVTOMOBİL HİSSƏLƏRİ: “Bu mallar niyə müsadirə edilmir?”

“Saxta avtomobil hissələri, bazar xaos icərisində, heç kimin vecinə deyi. Bu mallar niyə müsadirə edilmir? Niyə dövlətin qanunlarına əməl edilmir?”

Bu sözləri Yenicag.az-a açıqlamasıda “Azad İstehlakçılar” İctimayi Birliyinin sədri Eyyub Hüseynov deyib.

 

O, qeyri-qanuni yollarla bazara daxil olan saxta avtomobil hissələri ilə bağlı həyəcan təbili çalıb.

E.Hüseynov birlik tərəfindən araşdırma aparıldığını və bazarda saxta avtomobil hissələrinin kütləvi satışının üzə çıxarıldığını bildirib:

“Uzun illərdir ki, “Azad İstehlakçılar” İctimayi Birliyinə ölkənin əmtəə bazarında saxta, standartlara uygun olmayan avtomobil hissələrinin satıldığına dair məlumatlar, şıkayətlər gəlir. Müşahidələr göstərir ki, yol nəqliyyat hadısəsi törəndikdə əsasən suğorta şirkətləri də bu “fürsəti”əldən vermirlər, yəni saxta avtomobil hissələrindən yetərincə istifadə etməklə məbləği “orijinal” adı ilə artırırlar”.

 

Birlik sədri əksər avtomobil hissələrinin saxtalarının əmtəə bazarında geniş şəbəkə ilə satıldığına görə cərimələrin də məbləğini xatırladıb:

“Saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Bu mallar niyə müsadirə edilmir, nə üçün dövlətin qanunlarına əməl edilmir? Biz konkret olaraq “Hundai” markalı saxta avtomobil hissələrinin geniş şəbəkə ilə satıldığı ticarət məkanlarını araşdıraraq Prezident Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, Dövlət Gömrük Komitəsinə, Daxili İşlər Nazirliyinə, Vergi Xidmətinə, Dövlət Təhlükəsizlik Komitəsinə və Əqli Mülkiyyət Agentliyinə rəsmi məlumatlar göndərmişik”.

Cəvahir

COP29