Ruhəngiz Musəvidən həmkarlarına MESAJ: "Dar gününüz üçün pul saxlayın"
“Pandemiya dövründə çətinlik olsa da, mən kənara qoyduğum vəsait hesabına sıxıntı yaşamadım”.
Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Musəvi “Həftənin qonağı” proqramında deyib.
Sənətçi gələcəyini düşünməyən və qazancını plansız xərcləyən həmkarlarına ismarış yollayıb:
“Toylara gedib bu qədər pul qazanırsınız, heç olmasa bir hissəsini dar gününüz üçün kənara atın. Mən hər zaman ehtiyatlı qadın olmuşam. Vaxtilə toylardan qazandığım pulla özümə ev aldım, indi həm qızıma, həm də nəvəmə dəstək oluram. Pandemiya dövründə bir çoxları əziyyət çəkəndə, mən yığdıqlarımı xərclədim və heç kimə möhtac olmadım”.
Ruhəngiz Musəvi şəxsi həyatındakı prinsipiallığından da bəhs edərək, boşanma ərəfəsində olan bəzi həmkarlarını tənqid edib:
“Həyat yoldaşımdan ayrılanda ondan heç nə ummadım. Bəzi müğənnilər var ki, imkanları olsa da, ayrılarkən qarşı tərəfdən hər şeyi qoparmağa çalışırlar. Mən isə hər zaman özümə güvənmişəm, pulumu özüm qazanmışam. Buna görə də ondan heç nə tələb etmədim”.
Nehru












