Dünyanın gözü BU GÖRÜŞDƏ: İsrail və ABŞ İrana qarşı birləşir?

media-hightechnic-468x90

Bu gün Floridada baş tutacaq Tramp – Netanyahu görüşünün pərdəarxası məqamları gündəmi məşğul etməkdədir.

media-16420872043295349638_1200x630-1

Politoloq Elşad Mirbəşiroğlu Yenicag.az-a açıqlamasında görüşün mümkün nəticələri haqqında danışıb:

“İsraillə İran arasında yenidən müharibənin baş vermə ehtimalı bəzi siyasi dairələrdə intensiv səsləndirilməkdədir. İranın öz raket arsenalını çox sürətlə yenilədiyi də bildirilir. Bu istiqamətdə hazırda İran ciddi addımlar atır. Bütün bunlar regionda yeni müharibənin baş vermə ehtimalı haqqında düşünmək üçün əsas meyardır.

Ayrıca olaraq, İsrail Baş nazirinin Floridada Trampla görüşündə İrana zərbələrin endirilməsi ilə bağlı razılaşma əldə edəcəyi məlumatı da geniş yayılmaqdadır. Netanyahu son dövrlərdə İranın İsrailin maraqları üçün təhlükə yaratdığını mütəmadi olaraq dilə gətirir. Düşünürəm ki, ABŞ Prezidenti belə bir addıma getməyəcək. Tramp üçün hazırda əsas prioritet regionda sülhün əldə olunmasıdır. İsraillə Fələstin arasında məhz ABŞ-nin təsiri altında sülhün ilkin mərhələsi baş tutdu. Bunun ardınca Amerikanın yenidən regionda eskalasiyaya razı olacağı inandırıcı deyil.

Netanyahu ya ABŞ-nin İsrail qüvvələrinin İrana zərbə endirməsi üçün razılığını istəyir, ya da Amerikanın birbaşa proseslərdə iştirakına nail olmaq istəyir. İlk variantın gerçəkləşməsi ehtimalı azdır, ABŞ-nin iştirakı haqqında isə indidən danışmaq doğru olmaz. Ona görə ki, bu, çox ciddi eskalasiyaya gətirib çıxara bilər. Qeyd olunduğu kimi, İran ballistik raket arsenalını çox sürətlə yeniləməyi bacardı və bu proses indi də davam etməkdədir”.

E. Mirbəşiroğlu qeyd edib ki, Tramp Netanyahunun təklifi ilə əsla razı olmayacaq:

“İndiki halda Tramp özünün ‘sülhyaradıcı’ obrazını formalaşdırmağa çalışır. Bu münaqişə baş verərsə, Trampın bu istiqamətdəki cəhdləri sıfırlanmış olacaq. Xatırlatmaq yerinə düşər ki, ABŞ iyunun 22-də İranın 3 şəhərində nüvə obyektlərini bombaladı. İran da buna ağır cavab verdi. Bundan sonra artıq nisbi sakitlik yarandı. Növbəti dəfə belə qarşıdurma baş verərsə, bu, uzunmüddətli müharibəyə çevrilə bilər”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa