!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Partiya Sədrindən MN-in sülhməramlılarla bağlı BƏYANATINA REAKSİYA: "Azərbaycan tərəfi mütləq təkid edəcək ki.."

!Reklam – Yazi

“Azərbaycan tərəfi çox təmkinli və təkzibedilməz faktları topladıqdan sonra ortaya mövqe qoyur”.

Bu sözləri Müdafiə Nazirliyinin Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti ilə bağlı bəyanatına münasibət bildirən Azərbaycan Demkorat Partiyasının sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında deyib.

Sərdar Cəlaloğlu bildirib ki, bu bəyanatın verilməsi təkcə sülhməramlıların fəaliyyəti ilə bağlı deyil, Azərbaycanın onlarla bağlı yeni siyasət aparacağının siqnalıdır:

“Biz bundan sonra sülhməramlı qüvvələrlə bağlı Azərbaycan tərəfinin daha ciddi addımlar atacağını gözləməliyik. Sülhməramlı qüvvələrin Azərbaycan torpaqlarından çıxarılması gündəmə qoyula bilər. Təklif etmişəm ki, ərazi BMT-nin mandatını alan sülhməramlı qüvvələrin nəzarətinə verilsin. Azərbaycan tərəfi mütləq təkid edəcək ki, Türkiyə də bölgədə sülhməramlı qüvvə kimi fəaliyyət göstərsin. Çünki Rusiyanın tək sülhməramlı qüvvə kimi fəaliyyət göstərməsi sübut edir ki, problemi həll etmək imkanına malik deyil. Bitərəfliyini qoruya bilmir. Ona görə də, Türkiyənin sülhməramlı qüvvə kimi iştirak etməsi tamamilə məqsədə uyğundur”.

Səxavət Məmməd

www.yenicag.az

861
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv