Pikassonun tablosu oğurlandı
İspaniyanın hüquq-mühafizə orqanları ispan rəssamı Pablo Pikassonun rəsminin daşınma zamanı yoxa çıxmasını araşdırır.
Yenicag.az xəbər verir ki, bu barədə “Europa Press” nəşri məlumat dərc edib.
Bildirilir ki, müxtəlif rəssamların 57 əsəri Madriddən İspaniyanın cənubundakı Qranada şəhərindəki mədəniyyət mərkəzinə aparılırmış. Ciddi nəzarət şərtlərinə baxmayaraq, Pablo Pikassonun tablosu daşınma zamanı yoxa çıxıb. Rəsmin hansı mərhələdə itirildiyi hələlik məlum deyil və İspaniya Milli Polisi hadisəni araşdırır. Məlumata görə, sözügedən rəsm təxminən 600 min avroya sığortalanmış “Gitara ilə natürmort”dur (1921).