Polis məntəqəsində partlayış – 2 ölü, 3 yaralı

Əfqanıstanın Gilmənd vilayətində polis məntəqəsində güclü partlayış baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Ömər Tsvaka məlumat verib.

Məlumata görə,  partlayış nəticəsində azı 2 polis ölüb, 3 nəfər isə yaralanıb.

İnsidentin mina partlaması nəticəsində baş verdiyi bildirilib.