Polisin səhlənkarlığı təhlükə yaratdı-Foto,Video

media-hightechnic-468x90

87197Rusiyanın Perm kənarı Çusova şəhərində iki polis əməkdaşı səhlənkarlığı ilə diqqət çəkib.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, polislər xidməti avtomobilin üzərində “Kalaşnikov” avtomatını unudublar.

Səhlənkar polislərin bu hərəkəti şahidlər tərəfindən çəkilərək sosial şəbəkədə paylaşılıb.

Yerli polis əməkdaşları avtomatı bir müddət nəzarətsiz halda öz xidməti avtomobilinin damında saxlayıb.

Video kadrlardan görünür ki, bir neçə dəqiqə ərzində Daxili İşlər Nazirliyinin iki əməkdaşı silahın olmadığını görmürlər.

Polislərdən biri avtomobil salonunda oturaraq mobil telefonla oynayır. Bu zaman sürücü polis başqa avtomobili buraxaraq maşını yerindən tərpədir. Bütün bu vaxt ərzində polislər tərəfindən unudulmuş avtomat onların maşınının üzərində idi. Xoşbəxtlikdən heç kim onu götürməyib.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600