Polşanın Fransadakı səfiri saxlanıldı

media-hightechnic-468x90

Polşanın Fransadakı səfiri Yan Roşişevski saxta MBA diplomları ilə bağlı korrupsiya şübhəsi çərçivəsində Polşanın Antikorrupsiya Bürosu tərəfindən saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Goniec məlumat yayıb.

Məlumata görə, araşdırma dövlət şirkətlərinin müşahidə şuralarında təmsilçilik üçün istifadə edildiyi iddia olunan Collegium Humanum ali məktəbinin saxta MBA diplomları ilə əlaqəlidir.

Eyni iş üzrə Hüquq və Ədalət partiyasından keçmiş deputat və Avropa Parlamenti üzvü Maks Kraçkovski, eləcə də PKO ilə bağlı bankir Pavel P. də saxlanılanlar arasındadır.

İstintaq materiallarında bildirilir ki, Kraçkovski bir sıra şəxslərə, o cümlədən Roşişevskiyə bu diplomların əldə edilməsində vasitəçilik edib. Araşdırma davam edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa