Prezident tütünçülüyün inkişafıyla bağlı sərəncam imzaladı

media-hightechnic-468x90

ilham_aliyev_signs-22Azərbaycan Prezidenti İlham Əliyev ölkədə tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında sərəncam imzalayıb.

media-banner_tuq

Sərəncamda deyilir:

“1.1. emal müəssisələrinə satılmış quru tütünün hər 1 (bir) kiloqramına, yaş tütünün isə hər 10 (on) kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya verilir;

1.2. bu Sərəncamın 1.1-ci bəndi ilə nəzərdə tutulan subsidiya 2016-cı ildə istehsal olunub emal müəssisələrinə satılmış quru və yaş tütünə də şamil edilir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. emal müəssisələrinə satılmış quru və yaş tütünə görə tütün istehsalçılarına subsidiya verilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;

2.2. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərinə uyğun olaraq maliyyələşməni təmin etsin”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05