Prezident üçün xüsusi xəstəxana tikilir – QİYMƏT

Rusiyanın paytaxtı Moskva şəhərində prezident Vladimir Putin və onun əhatəsi üçün Mərkəzi Klinik xəstəxana nəzdində yeni müasir korpus tikilir. Fins.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, yeni korpus 12 min kvadrat metr ərazini əhatə edəcək.

Burada 10 nəfər üçün “VİP-palata”, 50 nəfərlik konfrans-zalı, konsilium üçün otaq, yeraltı avtomobil parkı və s.olacaq. Bundan əlavə hər mərtəbədə 200 kvadrat metrlik iki palata və hökümət telefon xətti çəkiləcək.

Layihə 90 milyon manat dəyərində qiymətlənir. Məlumata görə, korpus 2020-ci il üçün hazır olacaq.

Onu da vurğulayaq ki, əvvəllər Rusiyanın yüksək vəzifəli şəxsləri müalicə üçün xaricə üz tutrdular. Lakin sanksiyalar onları yerli tibb müəssisələrinə tərəf çevrilməyə vadar edib.

Yenicag.az