!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentliyinə namizəd öldürüldü - ANBAAN VİDEO - YENİLƏNDİ

!Reklam – Yazi

Ekvador Prezidenti Gilyermo Lasso prezidentliyə namizəd Fernando Villavisensionun qətlə yetirilməsi ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

Yenicag.az xəbər verir ki, bu barədə Ekvador Prezidenti “Youtube” kanalı vasitəsilə xalqa müraciətində bildirib.

O, Silahlı Qüvvələrin vətəndaşların təhlükəsizliyinin və ölkədə əmin-amanlığın təmin olunması, azad, demokratik seçkilərin keçirilməsi üçün səfərbər olunduğunu deyib.

Fövqəladə vəziyyət rejimi 60 gün davam edəcək.

Prezident Lasso 3 günlük milli matəm elan olunması barədə Fərman da imzalayıb.

Qeyd edək ki, Fernando Villavisensio avqustun 9-da paytaxt Ekvadorda seçkiqabağı tədbirdə qətlə yetirilib. Hadisə zamanı daha 9 nəfər yaralanıb. Ölkənin Baş Prokurorluğundan bildirilib ki, hadisəni törətməkdə təqsirli bilinənlərdən biri atışmada öldürülüb.

Ekvadorda növbədənkənar prezident və parlament seçkiləri avqustun 20-də keçiriləcək.

Sorğuların nəticəsinə görə, Fernando Villavisensio populyarlığına görə 4-5-ci yerləri tuturdu.

***

10:28

Ekvadorda ölkə prezidentliyinə namizəd Fernando Vilyavisensio seçkiqabağı görüşdən sonra naməlum şəxslər tərəfindən öldürülüb.

Yenicag.az xəbər verir ki, onun ölüm xəbərini hazırkı dövlət başçısı Gilyermo Lasso təsdiqləyib.

“Onun xatirəsi və mübarizəsi naminə sizi əmin edirəm ki, bu cinayət cəzasız qalmayacaq. Yaxın bir neçə dəqiqə ərzində dövlətin Təhlükəsizlik Şurası Prezident Sarayında toplaşacaq”, – Ekvador prezidenti özünün “X” hesabında yazıb.

Yerli mətbuat yazır ki, prezidentliyə namizədin baş nahiyəsinə üç güllə vurulub. O, hadisə yerindəcə keçinib.

İlkin məlumatlara görə, hücum bir neçə şəxs tərəfindən təşkil edilib.

www.yenicag.az

281
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv