Putin danışıqlar üçün Uitkoffu şəxsən özü seçib
Rusiya-ABŞ əlaqələri ilin əvvəlində, Səudiyyə Ərəbistanı vəliəhdinin Kremlin siqnalını Stiven Uitkoffa ötürməsindən sonra başladı. Məlumatda bildirilirdi ki, Rusiya Prezidenti Vladimir Putinin onunla şəxsən görüşmək istəyir.
Yenicag.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
“Kreml Trampın ətrafını diqqətlə araşdırdı və Uitkoffu Moskva üçün ən məqbul namizəd kimi seçdi. Nəticədə, Uitkoff faktiki olaraq daha peşəkar Keyt Kelloqu əvəz etdi, çünki ruslar onu ukraynayönlü baxışlarına görə rədd edirdilər”, – məlumatda qeyd olunub.












