Putinin gizli YAY KAMPANİYASI – Moskva Ukrayna məsələsini bu yolla BİTİRƏCƏK

media-hightechnic-468x90

 

“Rusiya tanıdığı respublikaların inzibati ərazisini zəbt etmək niyyətindədir”.

Bu sözləri Rusiyanın Ukraynada genişmiqyaslı hücuma hazırlaşması və gözlənilən nəticəni Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

media-rovsenmeherremov

O, bildirib ki, Rusiya istədiyinə nail ola bilməyəcək:

“Son günlər Rusiya qoşunları bütün Ukrayna sərhədi boyu toplayır. Sumı vilayəti istiqamətində ciddi qoşun və texnikanın yığıldığı müşahidə olunur. Rusiya çalışır ki, maksimum ərazi əldə etsin. Son vaxtlar Ukrayna da dronlar vasitəsi ilə Rusiyanın mərkəzi şəhərlərinə zərbələr endirir. Bu da Rusiya daxilində qismən narazılıq yaradır. Putin yay kampaniyasında nailiyyət əldə etmək istəyir. Rusiya tanıdığı respublikaların inzibati ərazisini zəbt etmək niyyətindədir. Buna nail olacağı inandırıcı deyil”.

“Tramp bəzi silahların, mərmilərin Ukraynaya verilməsi barədə qərar qəbul etdi. Göndərilən silahların pulunun Avropa İttifaqı tərəfindən ödənilməsi tələb edilir. Fransa, Macarıstan, İtaliya kimi ölkələr pul ödəməkdən imtina ediblər. Ukraynada insan resurs çatışmazlığı müşahidə olunur. Bu Rusiyada da var. Ancaq Rusiya öz resursundan əlavə xarici dövlətlərdən muzdlular cəlb edir. Hesab edirəm ki, yay kampaniyası həm Rusiya, həm də Ukrayna üçün çox ağır olacaq. Rusiyanın tam məqsədinə çatacağını gözləmirəm”, – deyə o, fikirlərini tamamlayıb.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600