“Qalatasaray”ın oyunçusu komandadan ayrılır?

media-hightechnic-468x90

a“Qalatasaray”ın hollandiyalı ulduzu Uesli Sneyder yayda komandadan ayrıla bilər. 

Lui Van Qal rəsmi şəkildə “Mançester Yunayted”in baş məşqçisi olandan sonra Sneyder transferi ilə şəxsən məşğul olacaq. Bu mövsüm Cim Bom forması ilə 17 qol vuran və 8 məhsuldar ötürmə edən Sneyder karyerasının ən gözəl çağlarını yaşayır. Göstərdiyi bu performans bir sıra Avropa klublarının diqqətini cəlb edir.

“Qalatasaray” rəhbərliyi də bunu nəzərə alıb Ueslini heyətində görmək istəyən klublardan minimum 15 milyon avro tələb edəcəyini vurğulayıb.

Hollandiyalı futbolçu isə “Qalatasaray”da qalmağın və uzun illər bu kluba xidmət etməyin tərəfdarıdır(qafqazinfo.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600