!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ münaqişəsinin həlli: vasitəçilər yeni mexanizm hazırlayırlar? - İDDİA

!Reklam – Yazi

“Azərbaycan Prezidenti İlham Əliyev ABŞ, Türkiyə, daha sonra isə Rusiya rəhbərliyi ilə görüşlər keçirtdi. Bu görüşlərin əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həllində yeni qərarların tapılmasıdır. Soçidə İlham Əliyevlə Putinin görüşündə də məhz bu məsələdə müzakirə olundu”. Bu sözləri rusiyalı siyasi şərhçi İvan Cakayev deyib.

İ. Cakayevin ehtimallarına görə, Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağla bağlı yeni addımlar planlaşdırır:

“Buna görə də böyük dövlətlərin dəstəyini təmin etməyə çalışır. Hadisələrin xronologiyasına diqqət edək. İyulun 4-də erməni hərbi birləşmələri Füzulinin Alxanlı kəndinə hücum etdi və 2 yaşlı qızla nənəsi həlak oldu. Bu faciə Azərbaycanı ayağa qaldırdı, həmçinin, dünyaya xatırlatdı ki, münaqişə dondurulmayıb. Bu hadisədən sonra Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdə oldu. Orada ABŞ dövlət katibi Reks Tillersonla görüşdü. Danışıqların əsas mövzusu Ermənistanın təxribatları idi. Tillersonla görüşdən dərhal sonra İlham Əliyev Ərdoğanla görüşdü və onunla da Dağlıq Qarabağ məsələsini müzakirə etdi. Ən sonda isə Soçidə Putinlə eyni mövzunu müzakirə etdi. Fərziyyələr var ki, Dağlıq Qarabağla bağlı yeni beynəlxalq qərarın qəbul edilməsinə hazırlıq gedir. İndiki situasiyada görəsən bu, mümkündürmü?

Yenicag.az-a açıqlamasında siyasi icmalçı Vüqar Ziferoğlu münaqişə ətrafında yeni beynəlxalq sənədin qəbul edilə biləcəyini istisna etmədi:

“Ümumiyyətlə, Dağlıq Qarabağla bağlı indiyə kimi bir çox beynəlxalq qərarlar qəbul edilib. BMT-nin müvafiq qətnamələrini və digər qurumların bu istiqamətdə verdikləri qərarları buna misal göstərmək olar. Hansı ki, həmin sənədlərin hamısında Azərbaycanın ərazi bütövlüyü dəstəklənib və Dağlıq Qarabağın işğal olunması faktı qeyd edilib. Bu fonda ola bilsin ki, Dağlıq Qarabağla bağlı yeni beynəlxalq qərarların qəbul edilməsi gündəmə gəlsin. Hamıya məlumdur ki, Azərbaycanın xarici siyasətində Dağlıq Qarabağ məsələsi həmişə prioritet təşkil edib. Dağlıq Qarabağ problemini, bu istiqamətdəki həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq ən vacib məsələmiz olub. Bu vəzifənin də öhdəsindən müvəffəqiyyətlə gəlmişik, gəlirik və gələcəyik də… Ona görə də problem ətrafında yeni beynəlxalq sənədlərin qəbulu və işğalçı ölkəyə təzyiqlərin artırılması istisna deyil. Amma təkcə yeni beynəlxalq sənədin qəbul edilməsilə məsələ bitmir. Eyni zamanda ATƏT-in Minsk qrupu həmsədrlərinin aktivləşməsi də arzuolunan haldır. Bu da ondan asılıdır ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri yeni beynəlxalq sənədin qəbuluna, ümumiyyətlə, işğal faktının sona çatmasına özlərinin müsbət mənada müdaxilə edəcəklərinə nə dərəcədə hazırdırlar. Bu hal müəyyən mənada gözlədiyimiz məqamlardandır”.

ELÇİN

Yenicag.az

COP29

www.yenicag.az

973
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv