Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarına start verilib.
Yenicag.az xəbər verir ki, qitənin bir nömrəli yarışında ölkəmizi təmsil edən “Qarabağ” da meydana çıxıb.
Azərbaycan futbolu tarixində ilk dəfə pley-offda oynayan komandamız doğma azarkeşləri önündə Danimarkanın “Kopenhagen” klubunu qəbul edib.
Bakıda ilk dəfə Çempionlar Liqasının himninin səsləndirildiyi matçda Ağdam təmsilçisi minimal hesablı qələbəyə sevinib. Mahir Mədətovun 25-ci dəqiqədə vurduğu yeganə qol tarixi qarşılaşmada Qurban Qurbanovun yetirmələrinə 1:0 hesablı qələbə qazandırıb.
Qeyd edək ki, komandaların cavab matçı avqustun 23-də keçiriləcək.
Çempionlar Liqası
Pley-off mərhələsi
İlk oyun
15 avqust
“Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka) – 1:0
Qol: Mahir Mədətov, 25
Baş hakim: Paolo Taqliavento
Baş hakimin köməkçiləri: Alessandro Qiallatini, Alessandro Kostanza
Əlavə hakim köməkçiləri: Massimiliano İrrati, Antonio Damato
Dördüncü hakim: Filippo Meli (hamısı İtaliya)
Hakim-inspektor: Frits Stuçlik (Avstriya)
UEFA nümayəndəsi: Andrey Medintsev (Bolqarıstan)
www.yenicag.az