Qərbdən Rusiyaya neft zərbəsi

media-hightechnic-468x90

aaaaSəudiyyə Ərəbistanı Krallığı dünya bazarında neft çatışmazlığını kompensasiya etməyə hazırdır.

Bunu Səudiyyə Ərəbistanının Neft Sənayesi naziri Əli Əl-Nueymi Seulda keçirilən enerji konfransında deyib.

Nazirin sözlərinə görə, hazırda ölkəsi sutkada 9.6 milyon barel neft çıxarır və bunu 12.5 milyona da çatdırmaq mümkündür: “Biz digər OPEK ölkələri kimi neft ixracını artıra bilərik”.

Ukrayna böhranı dünya bazarında neftin qiymətinin 108 dollara qalxmasına səbəb oldu. Nazir bildirib ki, 100 dollar həm istehlakçılar, həm də istehsalçı və neft şirkətləri üçün ədalətli qiymətdir: “OPEK ölkələri 2014-cü ildə qəbul olunmuş qərara görə, istehsalı 30 milyon barel çərçivəsində saxlamalıdırlar. Çünki bu, bazarın sabit saxlanması üçün yetərli təklifdir.

“İnternational Business Times” jurnalı yazıb ki, rusmeyilli döyüşçülərin Ukraynanın bir neçə şəhərindəki fəaliyyətləri regionda gərginliyi artırıb və Qərblə Rusiya arasında son 10 ildə böyük fikir ayrılığının yaranmasına səbəb olub. Bütün bunların fonunda Rusiyadan Ukrayna və Avropaya neft ixracı təhlükə qarşısında qalır.   “Navitas Resources” şirkətinin icraçı direktoru Tom Ceyms bildirib ki, bazar hazırda Ukraynadakı hadisələrdən narahatdır və neftin qiyməti bu hadisələrin fonunda artır.

Məhz Səudiyyə Ərəbistanı son iki ildə Liviya, İraq və Cənubi Sudan neftinin ixracının dayandırılmasından sonra neft bazarında yaranmış gərginliyin azaldılmasında mühüm rol oynayıb. Bu ölkənin dünya bazarında rus neftini yetərincə əvəzləyəcəyi heç kimdə şübhə doğurmur.

ABŞ-da slans inqilabından sonra bəzi amerikalı siyasətçilərin Yaxın Şərq neftindən imtina çağırışlarına baxmayaraq,  Səudiyyə Ərəbistanı dünya enerji bazarında əhəmiyyətli rolunu xüsusi olaraq vurğulayır(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600