Qocalar evindən ŞOK görüntülər – Video

media-hightechnic-468x90

Без названия (2)Yenicag.az xəbər verir ki, Antalyada yerləşən qocalar evindən dəhşətli görüntülər yayılıb. Görüntülərdə yaşlı və xərçəng xəstəliyindən əziyyət çəkən kişinin yaralarını həşəratların bürüdüyü, həmçinin köməksiz halda olduğu əks olunur.

5 mərtəbəli və 50-yə yaxın yaşlının qaldığı qocalar evindəki görüntüləri işçilərdən biri yayıb.

Əlil arabasına məhkum bir yaşlı kişi, “Hər gün naharda pendir çörək və pomidor verirlər. 2 gündür zeytun da vermirlər. Ayda bir dəfə və ya iki dəfədə qaynadılmış yumurta verirlər. 4 gündür şəkər yoxdur. Mən zeytunu sevirəm amma zeytun yoxdur” deyə, şikayətlənib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600