!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya sülhməramlılarının ikili ADDIMLARI: "Azərbaycan antiterror əməliyyatı keçirməlidir" - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycan hərbçiləri Şuşa istiqamətində atəşkəsi pozan erməni postunu vurub”.

Bunu Şuşa istiqamətində atəşkəsin pozulması və erməni tərəfinin orada postlar tikməsini şərh edən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

Ədalət Verdiyev bildirib ki, Azərbaycan tərəfi atəş gələn bütün nöqtələri susdurmalı, hətta o istiqamətdə antiterror əməliyyatı keçirməlidir:

“İlk dəfədir ki, Müdafiə Nazirliyi Rusiya sülhməramlı qüvvələri əleyhinə bəyanat verir. Bu yaxşı addımdır. Ağdam, Kəlbəcər, Laçının boşaldılmasında Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətini yaxşı qiymətləndirmək olar. Qazax tərəfə də sülhməramlı qüvvələr gəlib. Görünən odur ki, erməni tərəfi öz istəyi ilə 7 kəndi qaytarmaq istəmir. Hansı ərazi qayıdacaqsa, ora Rusiya sülhməramlıları girir. Bunlar alqışlanacaq hallardır.

Sülhməramlılar atəşkəsin pozulmasına göz yumub, həmin əraziyə erməni silahlılarının gətirilməsinə də şərait yaradır. Bunlar isə pislənəcək addımlardır. Artıq ikinci dəfədir ki, erməni silahlılarının əraziyə gətirilməsi vizual olaraq təsdiqlənir. Bu dəfə 400- ə yaxın hərbçidən söhbət gedir. Əgər Rusiya Laçın dəhlizini qoruya bilmirsə, onda oradan çıxmalı, ən azından Azərbaycanla birgə qorumağa razı olmalıdır. Zəngəzur dəhlizi açılmadığı müddətdə Laçın dəhlizini iki tərəf qorumalı və oradan erməni tərəfi işləmiyinə icazə verilməməlidir. Atəş açılan nöqtə vurulmalı və həmin ərazidə antiterror əməliyyatı keçirilməlidir. Gələcəkdə isə həmin bəyanatın şərtinə görə Ermənistandan qrafik tələb edib, silahlıların ərazidən çıxması təmin edilməlidir”.

Səxavət Məmməd

www.yenicag.az

1053
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv