Rusiyada 3 azərbaycanlı mafioza 42 həbs cəzası verildi

104759_res_01Tümen vilayət məhkəməsi bandanın qarət, güclə pul alma, fırıldaqçılıq, basqının da daxil olduğu 25 ağır cinayətdə ittiham edilən üç üzvünü 42 illik həbs cəzasına məhkum edib.

Yenicag.az xəbər verir ki, qərar bu gün oxunub. Qrupun bir üzvü amnistiyaya düşüb, biri qaçıb və beynəlxalq axtarışdadır.

Vilayət məhkəməsinin mətbuat xidməti bildirib ki, 31 yaşlı Vüsal İbrahimova 15 il, 33 yaşlı Əhməd Musayevə 14 il, 29 yaşlı Xəlil Həsənova 13 il müddətinə həbs cəzası təyin edilib. Onlar cəzalarını ciddi rejimli koloniyada çəkəcəklər.

Səid Salahova məhkəmə şərti olaraq bir il müddətinə azadlıqdan məhrum etmə cəzası verib. Amma o, Böyük Vətən Müharibəsinin 70 illik yubileyi şərəfinə əhv edilib.

34 yaşlı Vasif Alasova dair iş ayrıca icraata verilib. Belə ki, cinayəti törətdikdən sonra o, Tümendən Azərbaycana qaçıb və hal-hazırda beynəlxalq axtarışdadır.

Xatırladaq ki, 2012-ci ilin oktyabr ayında Alasov Tümendə cinayətkar qrup yaradıb. Bura İbrahimov və Musayev daxil olub, 2013-cü ildə isə Həsənov da onlara qoşulub. Onlar öz həmvətənləri olan Tümen biznesmenlərindən məcburən pul alırdılar. İstintaq zamanı məlum olub ki, 2012-ci ilin oktyabrından 2014-cü ilin fevralına qədər cinayətkar qrup 25 ağır cinayət törədib.