Rusiyada bu həftə ikinci koronavirus vaksini qeydiyyatdan keçiriləcək

media-hightechnic-468x90

Rusiyada COVID-19 infeksiyasına qarşı iki vaksinin kliniki sınaqları davam edir. 

media-banner_tkm

Yenicag.az-ın məlumatına görə, bunu Rusiyanın Səhiyyə naziri Mixail Muraşko deyib.

O bildirib ki, onlardan birinin bu həftə ərzində qeydiyyatdan keçirilməsi planlaşdırılır.

Belə ki, ikinci vaksin qeydiyyatdan sonra istehsal prosesinə daxil olacaq.

Xatırladaq ki, Rusiyada “Vektor” koronavirus vaksininin oktyabrın 15-dək qeydiyyata alınacağı bildirilmişdi.

Qeyd edək ki, Rusiya avqust ayında dünyada ilk dəfə “Sputnik V” koronavirus vaksinini qeydiyyatdan keçirmişdi.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05