Rusiyada yeni səfərbərlik fırıldağı: Yerə pul atıb "əsgər" OVLAYIRLAR – VİDEO

media-hightechnic-468x90

Sosial şəbəkələrdə yayılan bir video Rusiyada müharibəyə insan cəlb edilməsi ilə bağlı yeni və qalmaqallı iddiaları gündəmə gətirib.

Yenicag.az xəbər verir ki, paylaşılan görüntülərdə bəzi bölgələrdə insanların qəsdən “tələ”yə salınaraq müharibəyə göndərildiyi iddia olunur.

Videoda deyilənlərə görə, küçələrdə və ictimai yerlərdə içində pul olan bank kartları qəsdən yerə atılır. Kartı tapan şəxs isə onun özünə aid olmadığını bilməsinə baxmayaraq, ondan istifadə edir. Məhz bundan sonra hadisələrin istiqaməti kəskin dəyişir.

Paylaşımda bildirilir ki, bir neçə gün sonra hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsin evinə gələrək onu ağır cinayətlərdə ittiham edirlər. İddialara əsasən, polis kartı istifadə edən şəxsə belə deyir: “Siz filan vaxt filankəsi öldürmüsünüz, evindən oğurluq etmisiniz, kartını da götürmüsünüz”.

Ən sarsıdıcı məqam isə bundan sonra baş verir. Videoda iddia olunur ki, saxlanılan şəxs qarşısında iki “seçim” qoyulur: ya oğurluq və qəsdən adamöldürmə maddələri ilə həbsxanaya göndəriləcək, ya da müharibəyə gedərək “əfv” qazanacaq.

Hazırda yayılan görüntülər və iddialar rəsmən təsdiqlənməsə də, cəmiyyətdə ciddi rezonans doğurub və suallar yaradır.

Həmin videonu olduğu kimi təqdim edirik:

Yenicag.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa