Rusiyadan İsfəndiyar Vahabzadə ilə bağlı qərar - “Əlli il…”

media-hightechnic-468x90

Azərbaycanın Pakistan, Moldova və Belarusdakı sabiq səfiri İsfəndiyar Vahabzadənin Rusiya ərazisinə girişinə 50 illik qadağa qoyulub.

Yenicag.az xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiyanın Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən bildirilib.

Buna sabiq diplomatın ruslar haqqında fikirləri səbəb olub.

“Bu gün Qazaxıstan Respublikasının vətəndaşı Kuat Əhmədova və Azərbaycan Respublikasının vətəndaşı İsfəndiyar Vahabzadəyə internet şəbəkəsində millətlərarası ədavəti qızışdıran fikirlər səsləndirdiklərinə görə Rusiya Federasiyasına 50 il müddətinə girişinə icazə verilməməsi haqqında qərarlar qəbul edilib”, – nazirliyin xəbərində deyilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600