Rusiyadan rəsmi açıqlama: ABŞ-ın sanksiyalarına eyni şəkildə cavab verəcəyik

ABŞ və Rusiya arasında gərginlik davam edir.

Yenicag.az xəbər verir ki, ABŞ-ın son zamanlar Rusiyaya tətbiq etdiyi sanksiyalara qarşı digər tərəf də səssiz qalmayacağını açıqlayıb.

Rusiya xarici işlər nazirinin müavini Sergey Rıbakov açıqlamasında ABŞ vətəndaşlarının yer aldığı qara siyahını genişləndirəcəklərini də bildirib.