Rusiyanı 23 fevral hüdudlarına qaytarmaq: “İşğalçılar bu yayın sonuna qədər…” – Amerikalı general

“ABŞ Ukraynanın uzaq məsafəli dəqiqvuran silahlar və hava hücumundan müdafiə sistemləri ilə təchiz etməlidir”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Rusiya-Ukrayna müharibəsinin gedişində yaxın perspektivi dəyərləndirən ABŞ-nin Avropadakı hərbi qüvvələrinin sabiq komandanı general Ben Hoces informasiya telemarafonunda çıxışı zamanı səsləndirib.

Generalın sözlərinə görə, Ukrayna lazımi silahları əldə edə bilsə, ilin sonuna kimi Rusiyanı 23 fevraldakı hüdudlara qaytara bilər:

“Rusiyanın logistik imkanları, demək olar, tamamilə tükənib və bu səbəbdən işğalçılar yayın sonuna qədər çətin ki hücum barəsində düşünsünlər.

Əvəzində Ukrayna uzaq məsafəli dəqiqvuran silahlar və hava hücumundan müdafiə sistemlərini əldə etsə, Rusiyanı 23 fevraldakı hüdudlara qaytara bilər. ABŞ tələb olnan silah və sistemləri Ukraynaya çatdırmalıdır”.