Saatlıda avtomobil aşdı - 3 nəfər yaralandı

media-hightechnic-468x90

Saatlıda baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər yaralanıb.

Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Dədə Qorqud kənd ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobil anidən idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində Saatlı rayon sakinləri Əsgərov Fərid Zöhrab oğlu, Əsgərov Zöhrab Balı oğlu və Teymurov Mehdi Əflatun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıların vəziyyətləri ağır olduğu üçün Bakıya göndəriliblər.

Faktla bağlı araşdırma aparılır./report

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600