Sabah bu rayonlarda qaz olmayacaq

media-hightechnic-468x90

Sabah Oğuz və Qax rayonlarının bəzi kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Yenicag.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Oğuz rayonu Calut, Bayan və Muxas kəndlərində “ölcü qovşaqları”nın quraşdırılması məqsədi ilə avqustun 22-də saat 10:00-dan işlər yekunlaşanadək Oğuz rayonu Calut, Bayan və Muxas kəndlərində cəmi 1 421 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Bundan başqa, Qax rayonu Qaxbaş kəndində payız-qış mövsümünə hazırlıqla əlaqədar d-108 mm-lik qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə sabah saat 10:00-dan işlər yekunlaşanadək Qaxbaş kəndində cəmi 204 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq./report

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa