Şahdağ və Kəlbəcərdə qar yağıb - FAKTİKİ HAVA

media-hightechnic-468x90

Azərbaycanda oktyabrın 22-si saat 11:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti müşahidə olunub.

Bu barədə Yenicag.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi yerlərdə yağıntılar arabir leysan xarakterli olub, yüksək dağlıq ərazilərdə – Şahdağ və Kəlbəcərdə isə qar yağıb.

Lənkəranda 40, Astarada 34, Biləsuvarda 28, Lerikdə 23, Yardımlıda 20, Neftçalada 16, Zaqatalada 14, Sarıbaşda(Qax) 10, Gədəbəydə 8, Qəbələ və Sədərəkdə 6, Göygöl, Daşkəsən, Ordubad və Şahbuzda 5, Qubada 4, Naxçıvan, Naftalan, Oğuz, Şamaxı, Sabirabad, Şərur, Gəncə, Qusar, Şabran, Mingəçevir, Yevlax, İmişli, Şəki, Culfa, Xaçmaz, Tərtər, Bərdə, Xaltan, Şəmkir, Balakən, İsmayıllı, Qobustan, Xızı, Göyçay, Kürdəmir, Beyləqan, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli və Cəbrayılda 3, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək qeydə alınıb.

Balakən, Daşkəsən, Göygöl, Şəki, Oğuz, Şamaxı, Xızı, Qusar, Quba, Göyçay, Mingəçevir, Yevlaxda duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa