Şahdağa qar yağdı

media-hightechnic-468x90

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edib, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, Şahdağa qar yağıb.

Bu barədə Yenicag.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

Bildirilib ki, düşən yağıntının miqdarı Lənkəranda 56, Astarada 30, Lerikdə 20, Oğuzda 8, Zaqatalada 7, Yardımlıda 6, Qubada 5, Xızı, Bakı və Abşeron yarımadasında 4, Qəbələ və Şabranda 3, Zərdabda 2, Yevlax, Neftçala, Balakən, Göyçay, Qax (Sarıbaş), Şəki, İsmayıllı, Şamaxı, Qusar, Sabirabadda 1 mm olub.

Daşkəsən, Gədəbəy, Naftalan, Zaqatala, Qax (Sarıbaş), Şəki, Şamaxı, Xızı, Qusar, Quba və Göyçayda duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa