Salyanda qatarın qadını vurması ilə bağlı cinayət işi açıldı

media-hightechnic-468x90

Salyan rayonunda qatarın qadını vurması ilə bağlı cinayət işi açılıb.

media-banner_tuq

Baş Prokurorluğun mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, avqustun 16-sı saat 10 radələrində Salyan-Salmanlı dəmiryol xətinin Salyan şəhəri ərazisindən keçən 45-ci kilometrliyində hərəkətdə olan qatarın 1969-cu il təvəllüdlü Səadət Dadaşovanı vurması nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaq aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05