Salyanda su ehtiyatlarından səmərəli istifadə ilə bağlı tədbir keçirildi

media-hightechnic-468x90

Salyan Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 4 saylı Şirvan-Salyan regional bölməsinin birgə təşkilatçılığı ilə “Su ehtiyatlarımızdan qanunauyğun istifadə edək!” devizi altında tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirin məqsədi su ehtiyatlarından səmərəli və qanunauyğun istifadə sahəsində nəzarətin gücləndirilməsi və maarifləndirmə işlərinin aparılması olub.

Tədbirdə Salyan Rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Təranə İsmayılova, 4 saylı Şirvan-Salyan regional bölmənin rəisi Ehtiram Muxtarov, yerli idarə və müəssisə rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, fermerlər və sahibkarlar iştirak ediblər.

Təranə İsmayılova çıxışında su ehtiyatlarının qorunmasının və məqsədyönlü istifadəsinin vacibliyini vurğulayıb, iqlim dəyişiklikləri və artan su tələbatının yaratdığı çağırışların aradan qaldırılması üçün birgə əməkdaşlıq və maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib.

Regional bölmənin rəisi Ehtiram Muxtarov isə bölmənin fəaliyyət istiqamətləri və vəzifələri barədə məlumat verərək, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2025-ci il tarixli, 403 nömrəli Fərmanı ilə su siyasətinin daha da qanunauyğun həyata keçirilməsi məqsədilə Agentliyə verilmiş yeni səlahiyyətlərdən bəhs edib. O, tətbiq olunan nəzarət mexanizmləri və gələcək planlar barədə ətraflı məlumat verərək, fermerləri və sahibkarları su resurslarından istifadədə qanunlara riayət etməyə və səmərəli idarəetməyə çağırıb.

Tədbir çərçivəsində su itkilərinin azaldılması, suvarma texnologiyalarının təkmilləşdirilməsi və qabaqcıl təcrübələrin tətbiqi mövzularında fikir mübadiləsi aparılıb. Sonda iştirakçılarla sual-cavab sessiyası və müzakirələr baş tutub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa