Şəhid anası öz doğum günündə vəfat etdi
Lokal antiterror tədbirləri zamanı şəhid olan mayor Elxan Nəcəfinin anası Afət Nəcəfi vəfat edib.
Yrnicag.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, o nu gün 62 yaşında öz doğum günündə dünyasını dəyişib.
Qeyd edək ki, Nəcəfi Elxan Şükür oğlu 1986-ci ildə Ağdamın Yusifcanlı kəndində anadan olub.
Elxan Nəcəfi Vətən müharibəsi iştirakçısı olub, Füzuli, Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub.
Elxan Nəcəfinin atası Şükür Nəcəfi isə Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ildə Ağdam döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.