Şəhid İsə Orucovun anası vəfat etdi

media-hightechnic-468x90

44 günlük Vətən müharibəsində şəhid olan İsə Orucovun anası Nayibə Orucova vəfat edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.

E.İslamoğlu paylaşımında: “Şəhid valideynlərinə yenidən ciddi psixoloji dəstək lazımdır. Övlad dərdinə dözə bilmirlər”, – sözlərini də qeyd edib.

Qeyd edək ki, İsə Razim oğlu Orucov 20 iyun 2001-ci ildə Şəmkir rayonu Seyfəli kəndində anadan olub. O, 27 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05