!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Sərhəddəki gərginlik Rusiyanın provokativ addımlarıdır" - Sahib Kərimli

!Reklam – Yazi

“Moskva Qarabağda dominant rolunu saxlamaq üçün belə provokativ addımlar atır”.

Bu fikirləri Ermənistanda Nikol Paşinyanın yenidən Baş nazir seçilməsinin Ermənistan-Azərbaycan sərhəddindəki gərginliyə mümkün təsirindən danışan siyasətçi Sahib Kərimli Yenicag.az-a açıqlamasında səsləndirib.

Sahib Kərimli Paşinyanın Baş nazir seçilməsinin sərhəddəki gərginliyi bitirəcəyinə ehtimal vermədiyini qeyd edib:

“Paşinyanın yenidən baş nazir seçilməsilə sərhəddə gərginliyin azalacağını söyləmək mümkün deyil. Ona görə ki, sərhəddəki gərginlik Rusiyanın regiondakı proseslərə təsir mexanizmlərini gücləndirmək məqsədilə atdığı provokativ addımlardır.

Rusiyanın əsas məqsədi qlobal layihə olan Qara dəniz, Xəzər dənizi və Orta Asiya iqtisadi koridorundakı tranzit yollar üzərindən daha böyük paylar almaqdır. Moskva Qarabağda dominant rolunu saxlamaq üçün belə provokativ addımlar atır. Bu mənada, Paşiyanın Baş nazir seçilməsilə bu qlobal layihənin həyata keçirilməsi fürsətlərinin artacağını deyə bilərik. Azərbaycanla Ermənistan arasında imzalanacaq ilkin sülh sazişinin ilkin məırhələsi başlayacaq deyə bilərik. Amma sərhəddəki gərginliyin bundan sonra azalacağını və ya tamamilə kəsiləcəyinə ehtimal etmirəm”.

Aqil Bəkir

www.yenicag.az

532
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv