Serj Çindən yardım istədi
Serj Sarkisyanın Çinə səfəri çərçivəsində memorandum və bir sıra müqavilələr imzalanıb.
Yenicag.az anspress-ə istinadən xəbər verir ki,memorandumda qeyd edilir ki, tərəflər hərbi sahədə əməkdaşlıq edəcəklər. Bu çərçivədə Ermənistan üçün hərbi kadrlar hazırlanacaq və Ermənistana hərbi yardım ediləcək.
Həmçinin Çin tərəfindən Ermənistana güzəştli kreditlər verilməsi barədə saziş bağlanıb.
Analitiklər Serj Sarkisyanın bu addımını Ermənistanın indiki hakimiyyətinin Moskvanın dəstəyini tam itirməsi ilə əlaqələndirirlər. Erməni lideri son günlərdə qoşunların təmas xəttində Ermənistanın silahlı qüvvələrinin verdiyi itkiləri görərək vəziyyəti xilas etmək üçün yollar axtarır.
Amma istənilən halda, örkən nə qədər uzun olsa da doğanaqdan keçər. Serj Sarkisyanı İrəvanda hakimiyyətə gətirmiş Rusiya istədiyi günü onu yola salacaq, istər Pekinə yalvarsın, istərsə də Vaşinqtona – Ermənistan Çinin və ya ABŞ-ın deyil, Rusiyanın müstəmləkəsidir.