Silahlı şəxslər zərərləşdirildi-Canlı yayım
Türkiyədə iki nəfər silahlı şəxs hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahına girib.
Kartal rayonunda yerləşən partiya qərargahının qarşısındakı yol polislər tərəfindən bağlanılıb.
Silahlılar binaya girdikdən sonra binanın içindən silah səslərinin eşidildiyi bildirilib.
Binaya daxil olanların pəncərə önündə dayanıb aşağı baxdıqları və Türkiyənin dövlət bayrağını açıb sallayıblar. Türk bayrağının üstündə qılınc motivi də olub.
Hadisə yerinə çevik polis qüvvələri və təcili yardım maşınları cəlb olunub.
Polis ərazidə təhlükəsizlik tədbirləri görüb.
AK Parti binasına silahlı kişilerin girdiği bildirildi
Terrorçulardan birinin tez-tez pəncərədən aşağı baxaraq yaxınlıqdakı adamlarla danışıb.
Son xəbərə görə, artıq xüsusi təyinatlı polis dəstəsinin əsgərləri partiya binasına daxil olublar. Bir qədərdən sonra onlar AKP-nin rayon təşkilatının binasına soxulan silahlı şəxsləri zərərsizləşdirərək özləri ilə aparıblar.
Əlavə məlumat veriləcək…