Simferopolun mərkəzinə ağır texnika yeridildi

media-hightechnic-468x90

,l,lkBir neçə saat öncə Simferopol şəhərinin mərkəzi küçələrinə Rusiya ordusuna məxsus ağır texnika yeridilib.  

Leninin adını daşıyan meydana hərbçilərlə dolu yük maşınları və müasir tanklar gətirilib. Hələ ki, şəhər sakinləri məsələyə reaksiya vermirlər, silahlıların şəhərin mərkəzi küçələrində görünməsi barədə isə məlumat verilmir.   

Krım tatarları məsələnin mahiyyətinin nədən ibarət olduğuna aydınlıq gətiriblər. Kreml Krım tatarlarının deportasiyasının ildönümündə müəyyən qarşıdurmalardan ehtiyat edirlər və ona görə də ağır texnikanı indidən şəhərə yeridiblər. 

Xatırladaq ki, bir qədər öncə Krım tatarlarının lideri Mustafa Krımoğlu bu günlərdə onlara qarşı təxribatların olacağını bildirmişdi. İldönümü günləri mayın 16-dan 18-ə qədər davam edəcək(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600