!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Son hadisələrin Əfqanıstan-Azərbaycan  əməkdaşlığına TƏSİRİ: "Bu dövlətdə iqtisadi tənəzzül dərinləşəcək"

!Reklam – Yazi

“Əfqanıstandakı son dəyişikliyin Azərbaycan iqtisadiyyatına hər hansısa xüsusi təsirləri olmayacaq”.

Yenicag.az xəbər verir ki, Əfqanıstanda baş verən son proseslərin Azərbaycanla iqtisadi əməkdaşlığına mümkün təsirləri ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov öz fikirlərini bölüşüb.

Deputat son hadisələrlə birlikdə Mərkəzi Asiya regionunun yeni mərhələyə daxil olduğunu qeyd edib:

“Dünya Bankının qiymətləndirmələrinə görə, 40 milyon nəfərə yaxın əhalisi olan Əfqanıstanda əhalinin 54 faizi yoxsulluq səviyyəsində yaşayır və 42 faizi işsizdir. Bununla belə, Əfqanıstanda dövlət borcu ÜDM-in 7 faizinədək azaldıla bilmişdi. Sözügedən dövrdə Əfqanıstan hakimiyyəti 7.8 milyard dollarlıq xarici valyuta ehtiyatları formalaşdırmağı bacardı. Bu müddətdə Əfqanıstan beynəlxalq qurumlar ilə yenidən əlaqələri inkişaf etdirə bildi. Həmçinin 2016-cı ildə Ümumdünya Ticarət Təşkilatına üzv oldu.

Son hakimiyyət dəyişikliklərindən sonra Əfqanıstanda iqtisadi tənəzzülün dərinləşəcəyi və beynəlxalq maliyyə institutları ilə münasibətlərin yumşaq olmayacağı gözlənilir.

Azərbayan Əfqanıstana strateji enerji məhsulları ixracatı həyata keçirir. Əfqanıstan ilə Azərbaycan arasında ticarət dövriyyəsi ötən il 37.7 milyon dollar olub. Bu, əvvəlki illə müqayisədə iki dəfədən çox azalma deməkdir. İki ölkə arasında illik ticarət dövriyyəsi 2014-cü ildə ən yüksək məbləğdə, 275 milyon dollardan çox olub. Son ilin statistikası göstərir ki, iki ölkənin ticarət dövriyyəsi sadəcə Azərbaycandan Əfqanıstana ixrac üzərində formalaşıb. Göründüyü kimi, Əfqanıstandakı son dəyişikliyin Azərbaycan iqtisadiyyatına hər hansı xüsusı təsirləri olmayacaq”.

Gülşən Şərif

www.yenicag.az

673
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv